AZ

Epşteyn işi fonunda yüksək vəzifəli şəxs HƏBS EDİLDİ

Ajans.az xəbər verir ki, bu barədə BBC News məlumat yayıb. Məlumata görə, polis onu rəsmi vəzifədə olduğu dövrdə səlahiyyətlərindən sui-istifadə etmək şübhəsi ilə saxlayıb. Cümə axşamı səhər saatlarında Endryunun hazırda yaşadığı Norfolkdakı kral iqamətgahı — Sandrinqem mülkünə polis avtomobillərinin gəldiyini əks etdirən fotolar yayılıb. Bu həftə Britaniya polisi keçmiş şahzadənin Ceffri Epşteynə məxfi materiallar təqdim etdiyi iddiası ilə bağlı daxil olmuş şikayəti araşdırdığını açıqlayıb. ABŞ-da açıqlanan Epşteyn işi üzrə sənədlərdə Endryunun Epşteynə Sinqapur, Honkonq və Vyetnama səfərləri barədə hesabatlar, eləcə də investisiya imkanları ilə bağlı məxfi məlumatlar ötürdüyü iddia olunur. Monarxiya əleyhinə fəaliyyət göstərən “Respublika” təşkilatı Temza Vadisi Polisindən (Bakinqemşir, Berkşir və Oksfordşir qraflıqlarını əhatə edir) vəzifə səlahiyyətlərindən sui-istifadə və dövlət sirlərinin yayılması ilə bağlı iddiaları araşdırmağı xahiş edib. Cümə axşamı 66 yaşı tamam olan Endryu isə ona qarşı irəli sürülən bütün ittihamları rədd edərək heç bir qanunsuz hərəkət etmədiyini bildirib.

Qeyd edək ki, ötən ilin oktyabrında kral qardaşını şahzadə titulundan və ona məxsus digər titullardan məhrum edib. Bundan bir müddət əvvəl isə Endryu rəsmi şəkildə York hersoqu titulundan imtina etdiyini açıqlamışdı.

Seçilən
109
8
Ajans.az

10Mənbələr