AZ

Azərbaycan liqası ən yaxşı 50 çempionat siyahısına düşdü

Azərbaycan Premyer Liqası dünyanın ən yaxşı 50 çempionatı siyahısına düşüb. Metbuat.az xəbər verir ki, bu barədə cədvəli Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası təqdim edib. Dünyanın ən yaxşı 50 liqası içərisində Azərbaycan Premyer Liqası Aktivində 1991.5 xalla 41-ci yerdə qərarlaşıb.Təşkilat sıralamanı tərtib edərkən 2021-ci il yanvarın 1-dən 2025-ci il dekabrın 31-nə qədər olan dövrü əsas götürüb.

Reytinq cədvəlinə 8087 xalla İngiltərə Premyer Liqası liderlik edir. Braziliya (7735.5) və İtaliya (7510) A Seriyaları isə müvafiq olaraq 2-ci və 3-cü pillələrdə yer alıblar. Türkiyə Superliqası (4029.25) siyahının 12-ci pilləsindədir.

Seçilən
35
5
metbuat.az

6Mənbələr