Ajans.az xəbər verir ki, bu barədə cədvəli Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) təqdim edib. Dünyanın ən yaxşı 50 liqası içərisində Azərbaycan Premyer Liqası 41-ci yerdə qərarlaşıb. Təşkilat sıralamanı tərtib edərkən 2021-ci il yanvarın 1-dən 2025-ci il dekabrın 31-nə qədər olan dövrü əsas götürüb. Aktivində 1991.5 xal olan ölkə Premyer Liqası siyahıda 41-ci yerdə qərarlaşıb. Reytinq cədvəlinə 8087 xalla İngiltərə Premyer Liqası liderlik edir. Braziliya (7735.5) və İtaliya (7510) A Seriyaları isə müvafiq olaraq 2-ci və 3-cü pillələrdə yer alıblar. Türkiyə Superliqası (4029.25) siyahının 12-ci pilləsindədir.