AZ

“Futbolçularım nokauta düşdülər" - Qurban Qurbanov

Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün pley-off mərhələsində "Nyukasl"la ilk matçına çıxıb. Matç qonaqların 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Sportinfo.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov sualları cavablandırıb:

- Doğma meydanda belə bir məğlubiyyət almaq istəməzdik. Artıq elə bir səviyyədə çıxış edirik ki, burada belə məğlubiyyətlər qaçınılmazdır. İlk qollar buraxdıqdan sonra futbolçularım boks dilində desək nokauta düşdülər. Məğlubiyyətə baxmayaraq, azarkeşlər sonadək yanımızda oldular, birliyimizi göstərdilər, onlara təşəkkür edirəm. Bu il futbol ölkəmizdə daha da populyarlaşd"

- Matçın fasiləsində futbolçulara nə dediniz və növbəti matçda rotasiyalara getmək kimi fikriniz varmı?

- Futbolçuları sakitləşdirməklə məşğul idim. Belə davam etməməli olduqlarını söylədim. Rotasiyaları düşünmürəm. Qarşıda cavab oyunumuz var. 3-4 məşqimiz olacaq, daha da yaxşı hazırlaşmalıyıq. Qarşımızda səhvləri bağışlamayan rəqib var. Bunu yaddan çıxarmaq olmaz.

- Bəhlul Mustafazadənin zədəsi haqda məlumat varmı?

- Sabah dəqiq bilinəcək. Əzəli dartılması kimi görünsə də, sabah aparılacaq müayinələrdən sonra klub tərəfindən məlumat veriləcək.

- Hər bir klubun başında "qara buludlar" olduğu dönəmlər olur. "Qarabağ" da hazırda bunu yaşayır deyə bilərik. Sizcə bu məğlubiyyət pley-off mərhələsinin eyforiyası idi, yoxsa fiziki durumun tükənişi?

- Mənim fikirlərim özünü sığortalamaq kimi düşünülə bilər. Amma bu belə deyil. Hər oyun keçdikcə rəqiblərin gücü fərqli olur. Pley-off mərhələsinə kimi çıxmışıqsa, bunu müəyyən uğur kimi qəbul etmək olar. Bu səviyyələrdə oynayanda bu kimi məğlubiyyətlərə də hazır olmalıyıq. Futbolumuzun da inkişafı üçün mu məğlubiyyətlər qaçınılmazdır. Azarkeşlərin sona qədər stadionu tərk etməyib bizi dəstəkləməkləri təqdirəlayiqdir. Rəqibə də göstərdik ki, biz məğlub ola bilərik, amma ayrıla bilmərik.

- "Nyukasl"ın pressinqinə qarşı oyun planınız nə idi?

- Biz bu gün bacardığmızın daha yaxşısını etməyə çalışdıq. Qarşımızdakı rəqibə görə futbolçularımda bu gün həyacan da var idi.

Seçilən
8
5
sportinfo.az

6Mənbələr