"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Nyukasl"a uduzdu - 1:6.
"Football-plus.az" xəbər verir ki, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Doğma meydanda belə bir məğlubiyyət almaq istəməzdik. Artıq elə bir səviyyədə çıxış edirik ki, burada belə məğlubiyyətlər qaçınılmazdı. İlk qollar buraxdıqdan sonra futbolçularım boks dilində desək, nokauta düşdülər. Məğlubiyyətə baxmayaraq, azarkeşlər sonadək yanımızda oldular, birliyimizi göstərdilər, onlara təşəkkür edirəm. Bu il futbol ölkəmizdə daha da populyarlaşdı.
- Fasilədə futbolçulara nə dediz və növbəti matçda rotasiyalar etmək fikriniz varmı?
- Futbolçuları sakitləşdirməklə məşğul idim. Belə davam etməməli olduqlarını söylədim. Rotasiyalar haqda düşünmürəm. Qarşıda cavab oyunu var. 3-4 məşqimiz olacaq, daha da yaxşı hazırlaşmalıyıq. Qarşımızda səhvləri bağışlamayan rəqib var. Bunu yaddan çıxarmaq olmaz.
- Bəhlul Mustafazadənin zədəsi haqda məlumat varmı?
- Sabah dəqiq bilinəcək. Əzələ dartılması kimi görünsə də, sabah aparılacaq müayinələrdən sonra klub tərəfindən məlumat veriləcək.
- Sizcə, məğlubiyyətin səbəbi pley-off mərhələsinin eyforiyası idi, yoxsa fiziki durumun tükənişi?
- Fikirlərim özünü "sığortalamaq" kimi düşünülə bilər. Amma belə deyil. Hər oyun keçdikcə rəqiblərin gücü fərqli olur. Pley-off mərhələsinə kimi çıxmışıqsa, bunu müəyyən uğur kimi qəbul etmək olar. Bu səviyyələrdə oynayanda belə məğlubiyyətlərə hazır olmalıyıq. Futbolumuzun inkişafı üçün məğlubiyyətlər qaçınılmazdı. Azarkeşlərin sona qədər stadionu tərk etməyib bizi dəstəkləməkləri təqdirəlayiqdi. Rəqibə də göstərdik ki, biz məğlub ola bilərik, amma ayrıla bilmərik.
- "Nyukasl"ın təzyiqinə qarşı oyun planınız nə idi?
- Biz bu gün bacardığımızın daha yaxşısını etməyə çalışdıq. Rəqibə görə futbolçularda bu gün həyəcan var idi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta