AZ

Çempionlar Liqası: “Qarabağ” “Nyukasl”a məğlub olub

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxıb.

İnterpress.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri “Nyukasl” klubu ilə qarşılaşıb.

Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Matç saat 21:45-də start götürüb.

“Qarabağ” üçün yuxu kimi keçən ÇL mövsümü böyük ölçüdə başa çatıb. Ağdam təmsilçisi rəqibinə 1:6 hesabı ilə məğlub olub.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması fevralın 25-də baş tutacaq.

UEFA Çempionlar Liqası
Pley-off
“Qarabağ” (Azərbaycan) – “Nyukasl” (İngiltərə) 1:6
Qol: E. Qordon, 3, 32, 33, 45, M. Tşau, 8, E. Cəfərquliyev, 56, Y. Mörfi, 72

Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 21:45
Baş hakim: Espen Eskas
Baş hakimin köməkçiləri: Yan Erik Enqan, İsaak Elias Başevkin
Dördüncü hakim: Siqurd Krinqstad
(Hakimlər briqadası Norveçdəndir)
VAR: Rob Dieperink (Niderland)
AVAR: Dennis Hiqler (Niderland)

Seçilən
19
3
interpress.az

10Mənbələr