AZ

“Qarabağ” “Nyukasl”a məğlub olub

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxıb.

 

Qurban Qurbanovun yetirmələri "Nyukasl" klubu ilə qarşılaşıb.

 

Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Matç saat 21:45-də start götürüb.

 

"Qarabağ" üçün yuxu kimi keçən ÇL mövsümü böyük ölçüdə başa çatıb. Ağdam təmsilçisi rəqibinə 1:6 hesabı ilə məğlub olub.

 

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması fevralın 25-də baş tutacaq.

 

UEFA Çempionlar Liqası

Pley-off

“Qarabağ” (Azərbaycan) – “Nyukasl” (İngiltərə) 1:6

Qol: E. Qordon, 3, 32, 33, 45, M. Tşau, 8, E. Cəfərquliyev, 56, Y. Mörfi, 72

Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 21:45

Baş hakim: Espen Eskas

Baş hakimin köməkçiləri: Yan Erik Enqan, İsaak Elias Başevkin

Dördüncü hakim: Siqurd Krinqstad

(Hakimlər briqadası Norveçdəndir)

VAR: Rob Dieperink (Niderland)

AVAR: Dennis Hiqler (Niderland)

Tarix: 18 Fevral 2026, 23:58   
Seçilən
14
3
pravda.az

10Mənbələr