Türkiyə NATO-da çəkindirmə və regional təhlükəsizliklə bağlı kritik öhdəlik daşıyır.
"Far.Az" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin NATO-ya üzvlüyün 74-cü ili münasibətilə rəsmi "X" sosial media hesabında yazılıb.
Qeyd olunub ki, Türkiyə 1952-ci ildən bəri NATO-nun güclü və etibarlı müttəfiqlərindən biri kimi artıq sülhə, sabitliyə və kollektiv müdafiəyə qətiyyətlə töhfə verir.
"Ölkəmiz strateji mövqeyi, güclü ordusu və böhranların idarə olunmasındakı təcrübəsi ilə NATO-da çəkindirmə, terrorla mübarizə və regional təhlükəsizliyin qorunmasında kritik öhdəlik daşıyır.
Rəcəb Tayyib Ərdoğanın liderliyi altında Türkiyə inkişaf edən müdafiə texnologiyaları, kibertəhlükəsizlik potensialı və yeni nəsil təhdidlərə qarşı səriştələri ilə NATO-nun 2030 vizyonuna töhfə verməyə və ortaq təhlükəsizliyi gücləndirməyə davam edəcək", - paylaşımda vurğulanıb.
Türkiye, 1952’den bu yana NATO’nun güçlü ve güvenilir müttefiklerinden biri olarak 74 yıldır barışa, istikrara ve kolektif savunmaya kararlılıkla katkı sunmaktadır.
— T.C. İletişim Başkanlığı (@iletisim) February 18, 2026
Ülkemiz; stratejik konumuyla, güçlü ordusuyla ve kriz yönetimindeki tecrübesiyle NATO’da caydırıcılığın… pic.twitter.com/OSSyqdNoyA