AZ

Türkiyə NATO da çəkindirmə və regional təhlükəsizliklə bağlı kritik öhdəlik daşıyır

ain.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Türkiyə NATO-da çəkindirmə və regional təhlükəsizliklə bağlı kritik öhdəlik daşıyır.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin NATO-ya üzvlüyün 74-cü ili münasibətilə rəsmi "X" sosial media hesabında yazılıb.

Qeyd olunub ki, Türkiyə 1952-ci ildən bəri NATO-nun güclü və etibarlı müttəfiqlərindən biri kimi artıq sülhə, sabitliyə və kollektiv müdafiəyə qətiyyətlə töhfə verir.

"Ölkəmiz strateji mövqeyi, güclü ordusu və böhranların idarə olunmasındakı təcrübəsi ilə NATO-da çəkindirmə, terrorla mübarizə və regional təhlükəsizliyin qorunmasında kritik öhdəlik daşıyır.

Rəcəb Tayyib Ərdoğanın liderliyi altında Türkiyə inkişaf edən müdafiə texnologiyaları, kibertəhlükəsizlik potensialı və yeni nəsil təhdidlərə qarşı səriştələri ilə NATO-nun 2030 vizyonuna töhfə verməyə və ortaq təhlükəsizliyi gücləndirməyə davam edəcək", - paylaşımda vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
5
moderator.az

6Mənbələr