AZ

SOCAR və "Baker Hughes" arasında strateji layihələr müzakirə edilib

Bakı, 18 fevral, AZƏRTAC

SOCAR-ın prezidenti Rövşən Nəcəf “Baker Hughes” şirkətinin neft servisləri və avadanlıqları üzrə icraçı vitse-prezidenti Amerino Gatti ilə görüşüb.

SOCAR-dan AZƏRTAC-a verilən məlumata görə, görüşdə 2024-cü ildə tərəflər arasında imzalanmış Əməkdaşlığa dair Sazişin əhəmiyyəti qeyd olunub, ötən müddət ərzində birgə reallaşdırılan layihələr nəzərdən keçirilib.

Söhbət zamanı tərəflər quyu tikintisi üçün texnologiyaların, elektrik dalma nasoslarının (ESP) tətbiqi və quyular üzrə rəqəmsallaşmanın aparılması istiqamətində nəzərdə tutulan layihələr və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Seçilən
65
10
azertag.az

10Mənbələr