AZ

SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb

18 fevral 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf “Baker Hughes” şirkətinin neft servisləri və avadanlıqları üzrə icraçı vitse-prezidenti Amerino Gatti ilə görüşüb.

“İki sahil” xəbər verir ki, görüşdə 2024-cü ildə tərəflər arasında imzalanmış Əməkdaşlığa dair Sazişin əhəmiyyəti qeyd olunub, ötən müddət ərzində birgə reallaşdırılan layihələr nəzərdən keçirilib.

Söhbət zamanı tərəflər quyu tikintisi üçün texnologiyaların, elektrik dalma  nasoslarının (ESP) tətbiqi və quyular üzrə rəqəmsallaşmanın aparılması istiqamətində nəzərdə tutulan layihələr və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.  

 

Seçilən
17
10
ikisahil.az

10Mənbələr