Bakı, 18 fevral, AZƏRTAC
Səudiyyə Ərəbistanı Krallığı, Oman Sultanlığı, Küveyt Dövləti və Bəhreyn Krallığı vətəndaşları 1 il ərzində 3 dəfə Azərbaycan ərazisinə vizasız daxil olmaq hüququna malikdirlər. Hər giriş zamanı ölkədə qalma müddəti 30 günə qədərdir. Bu dövlətlərin vətəndaşları 4-cü giriş zamanı etibarlı viza təqdim etməlidirlər.
Bunu AZƏRTAC-a açıqlamasında “Zakher Travel” şirkətinin rəhbəri, turizm eksperti Cəfər Qarayev söyləyib.
O vurğulayıb ki, Körfəz ölkələrinin rezidentləri Bakı hava limanında müşayiət edən şəxs olmadan viza alacaqlar.
“Tələb pasportun və rezident kartının 6 aydan (183 gündən) çox səlahiyyətli olmasıdır. Mobil versiya qəbul olunmur. İran, İraq, Suriya, Əfqanıstan vətəndaşları viza ilə bağlı səfirliyə müraciət etməlidir”, -deyə C.Qarayev əlavə edib.