AZ

Cəfər Qarayev: Körfəz ölkələri rezidentləri Bakı hava limanında müşayiət edən şəxs olmadan viza alacaqlar

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 18 fevral, AZƏRTAC

Səudiyyə Ərəbistanı Krallığı, Oman Sultanlığı, Küveyt Dövləti və Bəhreyn Krallığı vətəndaşları 1 il ərzində 3 dəfə Azərbaycan ərazisinə vizasız daxil olmaq hüququna malikdirlər. Hər giriş zamanı ölkədə qalma müddəti 30 günə qədərdir. Bu dövlətlərin vətəndaşları 4-cü giriş zamanı etibarlı viza təqdim etməlidirlər.

Bunu AZƏRTAC-a açıqlamasında “Zakher Travel” şirkətinin rəhbəri, turizm eksperti Cəfər Qarayev söyləyib.

O vurğulayıb ki, Körfəz ölkələri rezidentləri Bakı hava limanında müşayiət edən şəxs olmadan viza alacaqlar.

“Tələb pasportun və rezident kartının 6 aydan (183 gündən) çox səlahiyyətli olmasıdır. Mobil versiya qəbul olunmur. İran, İraq, Suriya, Əfqanıstan vətəndaşları viza ilə bağlı səfirliyə müraciət etməlidir”, -deyə C.Qarayev əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
2
azertag.az

3Mənbələr