AZ

Süni intellekt Fəzail Ağamalını belə təsvir etdi FOTO KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Günay Ağamalı mərhum atası Fəzail Ağamalı ilə bağlı paylaşım edib.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, o, süni intellekt vasitəsilə atasının buludların arasından onun başına sığal çəkdiyi təsvirini yaradıb.

G.Ağamalı görüntüyə belə şərh yazıb:

“Atacan, qoy ruhun duaçımız olsun”.

Deputat bundan əvvəl də süni intellekt vasitəsilə atasının videosunu hazırlamışdı. Həmin videoda Fəzail Ağamalı qızını qucaqlayır, bağrına basır, qaçaraq ondan uzaqlaşır və cənnətə gedir.

Xatırladaq ki, Ana Vətən Partiyasının keçmiş sədri, Milli Məclisin sabiq deputatı Fəzail Ağamalı fevralın 9-da Türkiyədə vəfat edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
36
3
konkret.az

4Mənbələr