AZ

Süni intellekt Fəzail Ağamalını belə təsvir etdi - FOTO

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Günay Ağamalı mərhum atası Fəzail Ağamalı ilə bağlı paylaşım edib.

“Yeni Sabah” xəbər verir ki, o, süni intellekt vasitəsilə atasının buludların arasından onun başına sığal çəkdiyi təsvirini yaradıb.

G.Ağamalı görüntüyə belə şərh yazıb:

“Atacan, qoy ruhun duaçımız olsun”.

Deputat bundan əvvəl də süni intellekt vasitəsilə atasının videosunu hazırlamışdı. Həmin videoda Fəzail Ağamalı qızını qucaqlayır, bağrına basır, qaçaraq ondan uzaqlaşır və cənnətə gedir.

Xatırladaq ki, Ana Vətən Partiyasının keçmiş sədri, Milli Məclisin sabiq deputatı Fəzail Ağamalı fevralın 9-da Türkiyədə vəfat edib.

Aydan Hacı


Telegram kanalımız
Seçilən
38
3
yenisabah.az

4Mənbələr