Naxçıvan Ali Məclisi deputatının köməkçisinin hüquqi statusu yaradılacaq.
Bu, Ali Məclisin sabah keçiriləcək plenar iclasının gündəliyində yer alan “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Sənədə əsasən, deputatın fəaliyyətinin təmin edilməsi məqsədilə onun köməkçiləri ola biləcək.
Köməkçilər Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına saxlanılacaq.
Deputatın köməkçisinin işə qəbulu əmək qanunvericiliyi ilə tənzimlənəcək.
Deputatın köməkçisinə aid əlavə tələblər Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin qərarı ilə müəyyən ediləcək.
MənbəOXU.AZ