Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının köməkçisinin hüququ statusu yaradılacaq.
Adalet.az-ın məlumatına görə, bu məsələ Ali Məclisin fevralın 18-də keçiriləcək plenar iclasının gündəliyində yer alan müvafiq qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, deputatın fəaliyyətinin təmin edilməsi məqsədilə onun köməkçiləri ola biləcək.
Deputatın köməkçiləri Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına saxlanılacaq.
Deputatın köməkçisinin işə qəbulu Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənəcək.
Deputatın köməkçisinə aid əlavə tələblər Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin qərarı ilə müəyyən ediləcək.