Ötən il Azərbaycan 50,13 milyon ABŞ dolları dəyərində 54 min 964 ton düyü idxal edib.
Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 24 %, kəmiyyət olaraq – 15 % azdır.
Hesabat dövründə Azərbaycan Hindistandan 38,85 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 23 % az) 38 min 646 ton (-14 %), Qazaxıstandan 5,28 milyon ABŞ dolları dəyərində (+78 %) 7 min 961 ton (+2 dəfə), Pakistandan 2,91 milyon ABŞ dolları dəyərində (-45 %) 4 min ton (-34 %), Rusiyadan 1,19 milyon ABŞ dolları dəyərində 1 min 976 ton (1 il 9 aydan sonra tədarük bərpa edilib), Tailanddan 579,41 min ABŞ dolları dəyərində (+2 dəfə) 854 ton (+2,8 dəfə) düyü alıb.
Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qanadan tədarük (0,1 min ABŞ dolları dəyərində 0,06 ton) həyata keçirilib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 64 min 306 ton düyünün 70 %-i Hindistanın payına düşüb.