AZ

Azərbaycan daha bir ölkədən düyü tədarük etməyə başladı

Ötən il Azərbaycan 50,13 milyon ABŞ dolları dəyərində 54 min 964 ton düyü idxal edib.

"Unikal"ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 24 %, kəmiyyət olaraq – 15 % azdır.

Hesabat dövründə Azərbaycan Hindistandan 38,85 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 23 % az) 38 min 646 ton (-14 %), Qazaxıstandan 5,28 milyon ABŞ dolları dəyərində (+78 %) 7 min 961 ton (+2 dəfə), Pakistandan 2,91 milyon ABŞ dolları dəyərində (-45 %) 4 min ton (-34 %), Rusiyadan 1,19 milyon ABŞ dolları dəyərində 1 min 976 ton (1 il 9 aydan sonra tədarük bərpa edilib), Tailanddan 579,41 min ABŞ dolları dəyərində (+2 dəfə) 854 ton (+2,8 dəfə) düyü alıb.

Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qanadan tədarük (0,1 min ABŞ dolları dəyərində 0,06 ton) həyata keçirilib.

2024-cü ildə Azərbaycana idxal edilmiş 64 min 306 ton düyünün 70 %-i Hindistanın payına düşüb.

Seçilən
33
2
unikal.az

3Mənbələr