AZ

“Avtobusu boş dayanacaqda saxlamırıq” - AYNA məsələyə aydınlıq gətirdi

Son günlər 91 nömrəli avtobusda olan elan sərnişinlərin diqqətindən qaçmayıb. Elana əsasən, avtobusun boş dayanacaqda saxlamayacağı qeyd edilib. .

Bəs bu nə dərəcədə realdır? 

Milli.Az xəbər verir ki, sürücülərin sözlərinə görə, dayanacaqda sərnişin olub-olmamasından asılı olmayaraq hər zaman saxlayırlar:

"Stop düyməsi işlədi ya işləmədi həmişə saxlayırıq. Elə insan ola bilər ki, bu düymə haqda məlumatlı olmasın". 

Məsələ ilə bağlı AYNA-dan bildirildi ki, həmin elan olan avtobus sürücüsünə xəbərdarlıq olunub:

"Həmin elan sökülüb və sürücü barədə tədbir görülməklə bağlı tapşırıq verilib. Marşrut avtobuslarının xətt üzrə təyin olunmuş bütün dayanacaq məntəqələrində saxlamaları təmin edilməlidir". 

Poliqon.info

Seçilən
71
3
poliqon.info

4Mənbələr