AZ

“Avtobusu boş dayanacaqda saxlamırıq” – AYNA məsələyə aydınlıq gətirdi

Son günlər 91 nömrəli avtobusda olan elan sərnişinlərin diqqətindən qaçmayıb. Elana əsasən, avtobusun boş dayanacaqda saxlamayacağı qeyd edilib. 

Bəs bu nə dərəcədə realdır? 

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, sürücülərin sözlərinə görə, dayanacaqda sərnişin olub-olmamasından asılı olmayaraq hər zaman saxlayırlar:

“Stop düyməsi işlədi ya işləmədi həmişə saxlayırıq. Elə insan ola bilər ki, bu düymə haqda məlumatlı olmasın”.

Məsələ ilə bağlı AYNA-dan bildirildi ki, həmin elan olan avtobus sürücüsünə xəbərdarlıq olunub:

“Həmin elan sökülüb və sürücü barədə tədbir görülməklə bağlı tapşırıq verilib. Marşrut avtobuslarının xətt üzrə təyin olunmuş bütün dayanacaq məntəqələrində saxlamaları təmin edilməlidir”.

Seçilən
77
3
konkret.az

4Mənbələr