AZ

Tramp xanımını təriflədi: Bilsəniz Rusiya ilə bağlı nələr edib

ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiya və Ukrayna ilə bağlı mühüm işlərinə görə tarixə düşəcək.

Publika.az "Newsweek"a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

"O, çox vacib bir iş görür. Düşünürəm ki, sonda onun tarixə həqiqətən də möhtəşəm birinci xanımlardan biri kimi düşəcəyini görəcəksiniz. O, çox səylə çalışır. Hələ onun Rusiya, Ukrayna ilə bağlı nələr etdiyini bir bilsəniz", - deyə Amerika lideri jurnalistlərə danışıb.

Tramp həmçinin həyat yoldaşının "Melaniya" filminin uğuruna görə onunla fəxr etdiyini bildirib: "Bu, böyük bir uğurdur".

Seçilən
27
50
publika.az

10Mənbələr