AZ

Tramp Zelenskiyə təzyiq edir? - Ukrayna prezidentindən CAVAB

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə sülhə dair ABŞ Prezidenti Donald Tramp tərəfindən "bir az" təzyiq hiss etdiyini bildirib.

"Yeni Sabah" xəbər verir ki, Ukrayna lideri bu barədə Münxen Təhlükəsizlik Konfransında sessiya moderatorunun Trampın son bəyanatı ilə bağlı sualını cavablandırarkən bildirib.

"Tramp deyib ki, Rusiya razılaşma əldə etmək istəyir və Zelenski hərəkətə keçməli olacaq. Siz təzyiq hiss edirsinizmi?" - moderator sual verib.

Bir qədər fikirləşəndən sonra Zelenski "Bir az" deyə cavab verib, bu da zalda təmkinli reaksiyaya və yüngül gülüşə səbəb olub.

Eyni zamanda, o vurğulayıb ki, ABŞ prezidentinin mövqeyini başa düşür. Mümkün seçkilərin keçirilməsi məsələsini şərh edən Ukrayna dövlətinin başçısı bildirib: "Əgər Ukraynaya iki ay atəşkəs verilsə, biz seçkiləri keçirəcəyik". Onun sözlərinə görə, əgər ABŞ tərəfi bunda israr edirsə, Kiyev müvafiq addımlara hazır olduğunu nümayiş etdirə bilər.

Ukrayna, Rusiya və ABŞ arasında üçtərəfli məsləhətləşmələrdən danışan Zelenski qeyd edib ki, ABŞ tərəfi mütəmadi olaraq güzəştlər mövzusunu qaldırır. Lakin o vurğulayıb ki, çox vaxt söhbət Rusiya tərəfindən deyil, yalnız Ukrayna tərəfindən olan mümkün güzəştlərdən gedir.

O, həmçinin Avropanın faktiki olaraq danışıqlar masası arxasında olmamasından narahatlığını ifadə edərək bunu ciddi səhv adlandırıb./Report


Telegram kanalımız
Seçilən
25
1
yenisabah.az

2Mənbələr