AZ

Şəkidə epilepsiya xəstəsi olan 33 yaşlı kişi su kanalına yıxılaraq ölüb

Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.

Şəkidə su kanalına yıxılan  33 yaşlı kişi həyatını itirdi.Bizim.Media-nın yerli bürosu xəbər verir ki,  bədbəxt hadisə Şəkinin Cəyirli kəndi ərazisində baş verib.Belə ki, kənd sakini 33 yaşlı Abuzər Əsgərov kənd ərazisindəki su kanala yıxılıb.

 

Kənd sakinləri onu kanaldan çıxararaq Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırmaq istəsələr də mümkün olmayıb. Epilepsiya xəstəliyindən əziyyət çəkən A. Əsgərov yolda dünyasını dəyişib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma başlanılıb.Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
50
bizim.media

10Mənbələr