AZ

Şəkidə epilepsiya xəstəsi olan 33 yaşlı kişi su kanalına yıxılaraq ölüb

Şəkidə su kanalına yıxılan  33 yaşlı kişi həyatını itirdi.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki,  bədbəxt hadisə Şəkinin Cəyirli kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini 33 yaşlı Abuzər Əsgərov kənd ərazisindəki su kanala yıxılıb.
 

Kənd sakinləri onu kanaldan çıxararaq Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırmaq istəsələr də mümkün olmayıb. Epilepsiya xəstəliyindən əziyyət çəkən A. Əsgərov yolda dünyasını dəyişib.


Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
42
1
bizim.media

10Mənbələr