AZ

Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib (FOTO)

Bakı. Trend:

Mehriban Əliyeva növbəti beş il müddətinə yenidən AzərbaycanGimnastika Federasiyasının (AGF) prezidenti (İcra Komitəsininsədri) seçilib.

Trend xəbər verir ki, bubarədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Fevralın 16-da Azərbaycan Gimnastika Federasiyasınınhesabat-seçki xarakterli 16-cı ümumi yığıncağı keçirilib.

Rəsmi açılışdan sonra federasiyanın vitse-prezidenti AltayHəsənov 2021–2025-ci illər ərzində federasiyanın fəaliyyəti,keçirilən yarışlar və əldə olunan nəticələr barədə video-hesabatlaçıxış edib. O bildirib ki, son beş ildə Azərbaycan gimnastikasıdinamik inkişaf edib və gimnastlarımız beynəlxalq arenalardaölkəmizi layiqincə təmsil ediblər.

AGF-nin maliyyə direktoru Viktoriya Abuşova isə 2021–2025-ciillər üzrə maliyyə hesabatını təqdim edib. Ümumi yığıncaqdafederasiyanın Nizamnaməsinə müvafiq dəyişikliklər edilib və yeniredaksiyada təsdiqlənib. Federasiyanın Nəzarət-Təftiş və İntizamKomissiyalarının strukturunda dəyişikliklər aparılıb, Atletlər vəApellyasiya Komissiyalarının formalaşdırılması Nizamnamədə özəksini tapıb.

Daha sonra İcra Komitəsinə seçkilər keçirilib.

Səsvermənin nəticələrinə əsasən, Mehriban xanım Əliyeva növbətibeş il müddətinə yenidən AGF-nin prezidenti (İcra Komitəsininsədri) seçilib. Altay Həsənov federasiyanın vitse-prezidenti (İcraKomitəsinin sədr müavini), Rauf Əliyev, Rafiq Beybutov və VəfaBəkərova isə növbəti beş il müddətinə İcra Komitəsinin üzvləri kimitəsdiq ediliblər.

İclasda “İntizam Qaydaları”, “Etika Qaydaları”, habelə“Gimnastikada təhlükəsiz mühitin təminatı və iştirakçılarınşəxsiyyətinin qorunması Qaydaları” müzakirə olunaraq qəbul edilib.Belə ki, Mahir Rəfiyev, Elşad Nərimanov və Ruslan MirzəzadəNəzarət-Təftiş Komissiyasının üzvləri; Nazim Rəcəbov, AytacQasımova, Elmar Cəlilov, Namiq Əliyev və Jalə Əhmədova İntizamKomissiyasının üzvləri; Xaqani Məmmədov, Elçin Usub və RəşadAxundov isə Apellyasiya Komissiyasının üzvləri seçiliblər.

Sonda 2025-ci ildə mötəbər yarışlarda yüksək nəticələr əldəetmiş idmançılar xatirə medalları ilə təltif olunublar.

Mehriban
Mehriban
Mehriban
Mehriban
Mehriban
Mehriban
Mehriban
Mehriban
Mehriban
Mehriban
Mehriban
Mehriban
Mehriban
Mehriban
Mehriban
Mehriban
Mehriban
Mehriban
Mehriban
Mehriban
Seçilən
23
49
az.trend.az

8Mənbələr