Misli Premyer Liqasında 20-ci turun görüşləri davam edir.
"Cebheinfo.az" xəbər verir ki, ikinci oyun gününə daha iki matç nəzərdə tutulub.
Növbəti görüşdə “Araz-Naxçıvan”la “Sumqayıt” üz-üzə gəlib. Qarşılaşma “Araz-Naxçıvan”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu, komandanın yeni baş məşqçisi Andrey Demçenkonun rəhbərliyi altında əldə edilən ilk qələbəsi olub. Adıçəkilən komandaların ilk dövrədəki görüşü sumqayıtlıların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.
20-ci tur
15 fevral
17:00. “Araz-Naxçıvan” – “Sumqayıt” - 1:0
"Cebheinfo.az"