EN

“Araz-Naxçıvan”dan minimal hesablı qələbə

Misli Premyer Liqasında 20-ci turun görüşləri davam edir. 

"Cebheinfo.az" xəbər verir ki, ikinci oyun gününə daha iki matç nəzərdə tutulub.

Növbəti görüşdə “Araz-Naxçıvan”la “Sumqayıt” üz-üzə gəlib. Qarşılaşma “Araz-Naxçıvan”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu, komandanın yeni baş məşqçisi Andrey Demçenkonun rəhbərliyi altında əldə edilən ilk qələbəsi olub. Adıçəkilən komandaların ilk dövrədəki görüşü sumqayıtlıların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. 

20-ci tur

15 fevral 

17:00. “Araz-Naxçıvan” – “Sumqayıt” - 1:0

"Cebheinfo.az"

Chosen
23
2
cebheinfo.az

3Sources