AZ

19 yaşlı braziliyalı Fransada bütün rəqiblərini qabaqladı

Müqavilə ilə "Real"a məxsus olan, hazırda icarə əsasında "Olimpik Lion"un formasını geyinən braziliyalı hücumçu Endrik yanvar ayı üçün Fransa çempionatının ən yaxşı futbolçusu seçilib.

Fanat.Az Liqa 1-in mətbuat xidmətinə istinadən xəbər verir ki,  o, ötən ay çıxdığı 6 oyunda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

"Real"da möhkəmlənə bilməyən 19 yaşlı Endrikin Fransadakı uğurlu çıxışı Avropanın aparıcı klublarının diqqətini cəlb edib. Daha əvvəl "Çelsi" və "Atletiko"nun hücumçu ilə maraqlandığı bildirilib.

Seçilən
59
fanat.az

1Mənbələr