Müqavilə ilə "Real"a məxsus olan, hazırda icarə əsasında "Olimpik Lion"un formasını geyinən braziliyalı hücumçu Endrik yanvar ayı üçün Fransa çempionatının ən yaxşı futbolçusu seçilib.
Fanat.Az Liqa 1-in mətbuat xidmətinə istinadən xəbər verir ki, o, ötən ay çıxdığı 6 oyunda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
"Real"da möhkəmlənə bilməyən 19 yaşlı Endrikin Fransadakı uğurlu çıxışı Avropanın aparıcı klublarının diqqətini cəlb edib. Daha əvvəl "Çelsi" və "Atletiko"nun hücumçu ilə maraqlandığı bildirilib.