AZ

Tanınmış futbolçular "Neftçi"-yə TRANSFER EDİLDİ

Ajans.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti rəsmi açıqlama yayıb. Belçika vətəndaşlığı olan qvineyaəsilli Mamadi Diavara, eləcə də nigeriyalı oyunçular - Fridom Danjuma İstifanus və Opeyemi Ezekel Oluvafemi ilə cari mövsümün bitməsinə qədər rəsmi anlaşma əldə olunub. Müqavilənin şərtlərinə əsasən, klub tərəfi istədikdə, hər üç futbolçu ilə olan sözləşmənin müddətini daha 2 il uzatmaq hüququna malikdir.

Xatırladaq ki, 19 yaşlı Diavara buna qədər Almaniyanın "Şalke 04" klubunun U-19 kollektivində forma geyinib. 18 yaşlı İstifanus Nigeriyanın "Broad City", 19 yaşlı Oluvafemi isə "36 Lion" komandasından transfer edilib.

Seçilən
16
1
Ajans.az

2Mənbələr