AZ

Neftçi üç əcnəbini transfer etdi

Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Neftçi" PFK-nın əvəzedici heyəti üç yeni oyunçu ilə gücləndirilib.

Axar.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti rəsmi açıqlama yayıb.

Belçika vətəndaşlığı olan qvineyaəsilli Mamadi Diavara, eləcə də nigeriyalı oyunçular - Fridom Danjuma İstifanus və Opeyemi Ezekel Oluvafemi ilə cari mövsümün bitməsinə qədər rəsmi anlaşma əldə olunub.

Müqavilənin şərtlərinə əsasən, klub tərəfi istədikdə, hər üç futbolçu ilə olan sözləşmənin müddətini daha 2 il uzatmaq hüququna malikdir.

Xatırladaq ki, 19 yaşlı Diavara buna qədər Almaniyanın "Şalke 04" klubunun U-19 kollektivində forma geyinib. 18 yaşlı İstifanus Nigeriyanın "Broad City", 19 yaşlı Oluvafemi isə "36 Lion" komandasından transfer edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
46
1
axar.az

2Mənbələr