AZ

Türkiyədən Avropa Parlamentinə sərt mesaj

Modern.az saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyə Xarici İşlər Nazirliyi Avropa Parlamentinin qətnamələrinə münasibət olaraq xüsusi bəyanat yayıb.

Modern.az xəbər verir ki, bəyanatda Avropanın Türkiyənin Suriyadakı sabitliyin bərpasındakı mühüm rolunu görməzdən gəldiyi vurğulanır. Nazirlik Avropa Parlamentini meydandakı reallıqları dərk etməyə və suriyalıların əsl gözləntilərini anlamaq üçün daha ciddi səylər göstərməyə çağırıb.

Eyni zamanda, bəyanatda Türkiyədəki xarici jurnalistlərin və xristianların məqsədli şəkildə ölkədən çıxarılması barədə iddiaların həqiqətlə əlaqəsi olmadığı qeyd olunub. Türkiyədə aparılan məhkəmə prosedurlarına isə heç bir xarici qurumun müdaxilə səlahiyyəti olmadığı bildirilib.

Nazirlik qərarların Türkiyə–Aİ əlaqələrini inkişaf etdirmək cəhdlərinə zidd olduğunu bəyan edərək Avropa Parlamentinə sərt xəbərdarlıq edib: “Ölkə əleyhinə yönələn təşəbbüslərə alət olmayın və daxili işlərə qarışmayın!”

Bəyanatın sonunda tərəflər arasında əlaqələrin möhkəmlənməsi üçün konstruktiv addımların atılmasının vacibliyi vurğulanıb. (Anadaoliu Ajansı)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
modern.az

2Mənbələr