AZ

Türkiyədən Avropa Parlamentinə sərt mesaj: Əsassız iddiaları qəbul etmirik

Türkiyə Xarici İşlər Nazirliyi Avropa Parlamentinin qətnamələri ilə bağlı xüsusi bəyanat yayıb.

“İki sahil” AA-ya istinadla xəbər verir ki, bəyanatda Avropanın Türkiyənin Suriyadakı sabitliyin bərpasındakı müstəsna rolunu görməzdən gəldiyi qeyd olunur.

Nazirlik Avropa Parlamentini meydandakı reallıqları dərk etməyə və suriyalıların əsl gözləntilərini anlamaq üçün daha ciddi səylər göstərməyə çağırıb.

Eyni zamanda, Türkiyədəki xarici jurnalistlərin və xristianların məqsədli şəkildə ölkədən çıxarılması barədə iddiaların da həqiqətlə heç bir əlaqəsi olmadığı diqqətə çatdırılıb. Açıqlamada qeyd olunur ki, Türkiyədə həyata keçirilən məhkəmə prosedurlarına heç bir xarici qurumun müdaxilə etmək səlahiyyəti yoxdur.

Nazirlik sözügedən qərarların Türkiyə-Aİ əlaqələrini inkişaf etdirmək cəhdlərinin ruhuna zidd olduğunu bəyan edərək, Avropa Parlamentinə sərt xəbərdarlıq edib: "Ölkə əleyhinə yönələn təşəbbüslərə alət olmayın və daxili işlərə qarışmayın!"

Bəyanatın sonunda tərəflər arasında əlaqələrin möhkəmlənməsi üçün konstruktiv addımların atılmasının vacibliyi vurğulanır.

Seçilən
19
1
ikisahil.az

2Mənbələr