AZ

“OpenAI” “GPT 4o” modelinə dəstəyi dayandırdı

Yeniavaz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“OpenAI “ən cəlbedici çatbotu” olan “GPT-4o”ya dəstəyi dayandırıb.

Yeniavaz.com xəbər verir ki, şirkət qərarını yanvar ayının sonlarında elan etdi və 13 fevralda qərar qüvvəyə mindi.

“TechCrunch”ın məlumatına görə, minlərlə istifadəçi qərara qarşı çıxıb. Nəşr qeyd edir ki, onlar üçün 4o-nun söndürülməsi dostunu, romantik tərəfdaşını və ya mənəvi mentorunu itirmək kimidir.

“O, sadəcə bir proqram deyildi. O, mənim gündəlik həyatımın, rahatlığımın, emosional tarazlığımın bir hissəsi idi”, - “Reddit” istifadəçilərindən biri “OpenAI”ın baş direktoru Sam Altmana açıq məktubunda yazıb.

4o-nun tərəfdarları hesab edirlər ki, yeni GPT modelləri, 5.1 və 5.2, emosiyalardan məhrumdur və istifadəçiləri sevimli versiyaları qədər başa düşmürlər.

Qeyd edək ki, “OpenAI” “GPT-4o” dil modelini 2024-cü ilin may ayında buraxıb. Tərtibatçıların fikrincə, 4o ünsiyyətdə daha da insana bənzəyib. Bu, istifadəçilərin modellə münasibət qurmağa başlamasına səbəb oldu.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
51
1
yeniavaz.com

2Mənbələr