AZ

“OpenAI” “GPT-4o” modelinə dəstəyi dayandırdı


“OpenAI “ən cəlbedici çatbotu” olan “GPT-4o”ya dəstəyi dayandırıb.
Yeniavaz.com
xəbər verir ki, şirkət qərarını yanvar ayının sonlarında elan etdi və 13 fevralda qərar qüvvəyə mindi.
“TechCrunch”ın məlumatına görə, minlərlə istifadəçi qərara qarşı çıxıb. Nəşr qeyd edir ki, onlar üçün 4o-nun söndürülməsi dostunu, romantik tərəfdaşını və ya mənəvi mentorunu itirmək kimidir.
“O, sadəcə bir proqram deyildi. O, mənim gündəlik həyatımın, rahatlığımın, emosional tarazlığımın bir hissəsi idi”, - “Reddit” istifadəçilərindən biri “OpenAI”ın baş direktoru Sam Altmana açıq məktubunda yazıb.
4o-nun tərəfdarları hesab edirlər ki, yeni GPT modelləri, 5.1 və 5.2, emosiyalardan məhrumdur və istifadəçiləri sevimli versiyaları qədər başa düşmürlər.
Seçilən
117
1
yeniavaz.com

2Mənbələr