"Milan" mövsümün sonunda müqaviləsi başa çatan Luka Modriçlə bağlı qərar verib.
Bizim.Media xəbər verir ki, A Seriyası nəhəngi xorvatiyalı yarımmüdafiəçinu komandada saxlamaq istəyir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
"Rossoneri" Modriçin sözləşməsinin müddətini 1 il uzatmağı planlaşdırır. 40 yaşlı futbolçu özü də
klubda qalmaqdan məmnundur.
Qeyd edək ki, Luka Modriç mövsümün əvvəlindən "Milan"da çıxış edir. Təcrübəli oyunçu komandanın heyətində meydana çıxdığı 25 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta