Bakı. Trend:
"Milan" mövsümün sonunda müqaviləsi başa çatan Luka Modriçləbağlı qərar verib.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, A Seriyası nəhəngi xorvatiyalıyarımmüdafiəçinu komandada saxlamaq istəyir. Bu barədə "La Gazzettadello Sport" nəşri məlumat yayıb.
"Rossoneri" Modriçin sözləşməsinin müddətini 1 il uzatmağıplanlaşdırır. 40 yaşlı futbolçu özü də klubda qalmaqdanməmnundur.
Qeyd edək ki, Luka Modriç mövsümün əvvəlindən "Milan"da çıxışedir. Təcrübəli oyunçu komandanın heyətində meydana çıxdığı 25rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.