AZ

Naxçıvanda Merlər Razılaşması çərçivəsində tədbir keçirilir

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Merlər Razılaşması - Şərq Tərəfdaşlığı (CoM East) Azərbaycanda yerli iqlim və enerji fəaliyyəti üzrə ən böyük təşəbbüslərdən birinə qoşulmağı nəzərdən keçirən bələdiyyələr üçün Naxçıvanda mövcud imkanlar haqqında maarifləndirici tədbir keçirir.

525.az xəbər verir ki, tədbir bələdiyyələrin, habelə milli qurumların təxminən 30 nümayəndəsini bir araya gətirib. Görüş Aİ-nin məlumatlı yerli iqlim və enerji öhdəliklərinin dəstəklənməsinə yönəlmiş daha geniş səyləri çərçivəsində yerli enerji səmərəliliyini, iqlimə davamlılığı və dayanıqlı inkişafı gücləndirmək istəyən şəhərləri bir araya toplayıb. Görüşün əsas məqsədi potensial qoşulmaq istəyən tərəflərə Merlər Razılaşmasına üzvlüyün praktikada nə demək olduğunu izah etməkdir.

Qeyd edək ki, 2020-2025-ci illərdə Azərbaycanda MR imzalayan şəhərlərin sayı əhəmiyyətli dərəcədə artaraq 2-dən 11-ə yüksəlib.

“Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” Avropa İttifaqı tərəfindən maliyyələşdirilən təşəbbüsdür və Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada yerli və regional özünüidarəetmə orqanlarına dayanıqlı enerji və iqlim siyasətlərinin hazırlanması və icrasında dəstək göstərir.

Azərbaycanda təşəbbüsə ilk qoşulan bələdiyyə 2012-ci ildə İçərişəhər bələdiyyəsi olub. Daha sonra ölkədə Gəncə, Quzanlı, Horadiz, Xırdalan, Mingəçevir, Şamaxı, Şəki və Yevlax bələdiyyələri də Merlər Razılaşması – Şərq Tərəfdaşlığı təşəbbüsənə qoşularaq fəal üzvlərə çeviriliblər. Ölkə üzrə milli koordinatoru Azərbaycanın Energetika Nazirliyidir. 

Merlər Razılaşması – Şərq Tərəfdaşlığı, Qlobal Merlər Razılaşması ailəsinin tərkib hissəsidir. Bu, qlobal təşəbbüs şəhərlərin iqlim liderliyi üzrə dünyanın ən böyük alyansıdır və 13 500-dən çox şəhər və yerli hakimiyyət orqanının öhdəlikləri üzərində qurulub. Bu şəhərlər 6 qitə və 147 ölkəni təmsil edir və ümumilikdə 1,2 milyarddan çox əhalini əhatə edir.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
78
1
525.az

2Mənbələr