AZ

Naxçıvanda "Merlər Razılaşması-Şərq Tərəfdaşlığı” təşəbbüsü ilə bağlı tədbir keçirilir (FOTO)

Bakı. Trend:

Bu gün Naxçıvanda "Merlər Razılaşması-Şərq Tərəfdaşlığı”təşəbbüsü ilə bağlı tədbir keçirilir.

Trend xəbərverir ki, Avropa İttifaqı (AI) tərəfindən maliyyələşdirilən MerlərRazılaşması Şərq Tərəfdaşlığı (CoM East) Azərbaycanda, yerli iqlimvə enerji fəaliyyəti üzrə ən böyük təşəbbüslərdən birinə qoşulmağınəzərdən keçirən bələdiyyələr üçün mövcud imkanlar haqqındamaarifləndirici tədbirlər təşkil edib.

Tədbir bələdiyyələrin, habelə milli qurumların təxminən 30nümayəndəsini bir araya gətirir. Görüş Avropa İttifaqının məlumatlıyerli iqlim və enerji öhdəliklərinin dəstəklənməsinə yönəlmiş dahageniş səyləri çərçivəsində, yerli enerji səmərəliliyini, iqlimədavamlılığı və dayanıqlı inkişafı gücləndirmək istəyən şəhərləribir araya toplayır.

Görüşün əsas məqsədi potensial qoşulmaq istəyən tərəflərə MerlərRazılaşmasına üzvlüyün praktikada nə demək olduğunu aydın şəkildəizah etməkdən ibarətdir. Merlər Razılaşması Şərq Tərəfdaşlığıkomandası təşəbbüsü haqqında məlumatı və şəhərlər üçün mövcud olankonkret dəstək mexanizmlərini təqdim edir. Bu dəstəyə DayanıqlıEnerji və İqlim üzrə Fəaliyyət Planlarının hazırlanması üzrəmetodiki vasitə, irəliləyişin izlənilməsi üçün alətlər, layihədəstək xidməti, potensialın artırılması fəaliyyətləri, eləcə dəiqlim layihələrinin icrasına yönəlmış texniki dəstək daxildir.

Qeyd edək ki, Merlər Razılaşması Şərq Tərəfdaşlığı Avropaİttifaqı tərəfindən maliyyələşdirilən təşəbbüsdür və Azərbaycan,Ermənistan, Gürcüstan, Moldova va Ukraynada yerli və regionalözünüidarəetmə orqanlarına dayanıqlı enerji və iqlim siyasətlərininhazırlanması və icrasında dəstək göstərir.

Azərbaycanda təşəbbüsə ilk qoşulan bələdiyyə 2012-ci ildəİçərişəhər bələdiyyəsi olub. Daha sonra ölkədə Gəncə, Quzanlı,Horadiz, Xırdalan, Mingəçevir, Şamaxı, Şəki və Yevlax bələdiyyələridə Merlər Razılaşması Şərq Tərəfdaşlığı təşəbbüsənə qoşularaq fəalüzvlərə çevirildilər. Ölkə üzrə milli koordinatoru AzərbaycanRespublikasının Energetika Naz Nazirliyidir

Merlər Razılaşması - Şərq Tərəfdaşlığı, Qlobal MerlərRazılaşması ailəsinin tərkib hissəsidir. Bu qlobal təşəbbüsşəhərlərin iqlim liderliyi üzrə dünyanın ən böyük alyansıdır və 13500-dən çox şəhər və yerli hakimiyyət orqanının öhdəlikləriüzərində qurulub. Bu şəhərlər 6 qitə və 147 ölkəni təmsil edir vəümumilikdə 1,2 milyarddan çox əhalini əhatə edir.

Xəbər yenilənəcək

Naxçıvanda
Naxçıvanda
Naxçıvanda
Məqalədə:
Seçilən
141
1
az.trend.az

2Mənbələr