AZ

"2025-ci ildə əksər bələdiyyələrin büdcə daxilolmaları müsbət nəticələr göstərib" - Nazir müavini

"2025-ci ildə əksər bələdiyyələrin büdcə daxilolmaları müsbət nəticələr göstərib. 2024-cü illə müqayisədə yerli büdcələrə yerli vergilərdən təxminən 26% (7,2 milyon manat) çox vəsait daxil olub".

Redaktor.az xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin bugünkü plenar iclasında "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci il üzrə illik məruzəsi" ilə bağlı çıxışı zamanı dedi.

"Eyni zamanda, 2025-ci il ərzində inzibati nəzarət orqanı tərəfindən 273 maarifləndirmə tədbiri həyata keçirilib və bu tədbirlərdə 7 mindən çox bələdiyyə nümayəndəsi iştirak edib. Bundan əlavə, bələdiyyə aktları və müraciətlərə baxılması zamanı 6074 tövsiyə göndərilərək müxtəlif məsələlər üzrə bələdiyyələrə metodoloji dəstək göstərilib", - deyə o, qeyd etdi.

Nuriyyə NATİQQIZI

Seçilən
31
12
redaktor.az

10Mənbələr