AZ

Pentaqon Yaxın Şərqə daha bir təyyarədaşıyan gəmi göndərir – NYT


ABŞ Hərbi Dəniz Qüvvələrinin “Gerald R. Ford” təyyarədaşıyan gəmisi və onu müşayiət edən gəmilər Yaxın Şərqə göndəriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “New York Times” qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, Karib dənizində yerləşən flaqman gəmisinin heyətinə bu barədə bir gün əvvəl məlumat verilib.
Onun Fars körfəzindəki “Abraham Lincoln” aviadaşıyıcısının zərbə qrupuna qoşulması planlaşdırılır.
Bununla da, “Gerald R. Ford” “George HW Bush”la birlikdə Yaxın Şərq sularında patrul xidməti göstərən üçüncü ABŞ təyyarədaşıyan gəmisi olacaq.
Nəşr həmçinin, xatırladır ki, “Gerald R. Ford” ötən ilin iyun ayında Virciniya ştatının Norfolk şəhərindən yola düşüb və oktyabr ayında Karib dənizinə istiqamətləndirilib. Təyyarədaşıyan gəminin təyyarələri yanvarın 3-də Karakasa hücumda iştirak edib.
Seçilən
25
1
yeniavaz.com

2Mənbələr