Nazir müzvini bildirib ki, Bələdiyyələr tərəfindən yerli əhalinin rifahının yüksəldilməsi, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sosialyönümlü layihələrin icrasına xüsusi önəm verilir: "Eyni zamanda, insanların həyat fəaliyyəti üçün əlverişli şəraitin yaradılması, bələdiyyə ərazilərinin səmərəli planlaşdırılması və abadlaşdırılması, təsərrüfat və sosial infrastrukturun inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Bu çərçivədə 2025-ci il ərzində bələdiyyələr tərəfindən abadlıq işlərinə 10 milyon manata yaxın, sosial müdafiə və sosial təminat sahəsinə 1,7 milyon manatdan çox, gənclər siyasəti, təhsil və digər sosial tədbirlərlə bağlı layihələrə isə 500 min manata yaxın vəsait ayrılıb".
Toğrul Hüseynov vurğulayıb ki, yeni yaradılmış bütün bələdiyyələrin nizamnamələri ölkə üzrə bələdiyyələrin birləşməsi nəticəsində yenidən formalaşması nəzərə alınaraq, Ədliyyə Nazirliyinin metodoloji dəstəyi ilə hazırlanıb və bələdiyyə iclaslarında təsdiq edilib. Nazir müavini vurğulayıb ki, görülmüş tədbirlər nəticəsində həmin nizamnamələrin Hüquqi Aktların dövlət reyestrinə daxil edilməsi təmin edilib.