RU

Bələdiyyələtin fəaliyyətində sosialyönümlü layihələrin icrasına xüsusi önəm verilir

"Azərbaycan Respublikasının 16 may 2025-ci il tarixli müvafiq Qanunu ilə Mülki Prosessual Məcəlləyə və "İcra haqqında" Qanuna edilmiş dəyişikliklərə əsasən, bələdiyyələr icra sənədlərini "Elektron icra" informasiya sistemi vasitəsilə icraya yönəldə bilirlər". "Olaylar" xəbər verir ki, bu sözləri ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin bugünkü plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci il üzrə illik məruzəsi ilə bağlı çıxışı zamanı deyib: "Bu məqsədlə bələdiyyələr üçün "Elektron icra" informasiya sistemində elektron kabinetlər yaradılıb və sənədlərin həmin kabinet vasitəsilə operativ şəkildə icraya göndərilməsi imkanı təmin olunub". Nazir müavini qeyd edib ki, 2025-ci il ərzində debitor borcların ödənilməsi ilə bağlı bələdiyyələr tərəfindən qəbul edilmiş 9696 inzibati akt icra məmurları tərəfindən icraata qəbul edilib.

Nazir müzvini bildirib ki, Bələdiyyələr tərəfindən yerli əhalinin rifahının yüksəldilməsi, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sosialyönümlü layihələrin icrasına xüsusi önəm verilir: "Eyni zamanda, insanların həyat fəaliyyəti üçün əlverişli şəraitin yaradılması, bələdiyyə ərazilərinin səmərəli planlaşdırılması və abadlaşdırılması, təsərrüfat və sosial infrastrukturun inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Bu çərçivədə 2025-ci il ərzində bələdiyyələr tərəfindən abadlıq işlərinə 10 milyon manata yaxın, sosial müdafiə və sosial təminat sahəsinə 1,7 milyon manatdan çox, gənclər siyasəti, təhsil və digər sosial tədbirlərlə bağlı layihələrə isə 500 min manata yaxın vəsait ayrılıb".

Toğrul Hüseynov vurğulayıb ki, yeni yaradılmış bütün bələdiyyələrin nizamnamələri ölkə üzrə bələdiyyələrin birləşməsi nəticəsində yenidən formalaşması nəzərə alınaraq, Ədliyyə Nazirliyinin metodoloji dəstəyi ilə hazırlanıb və bələdiyyə iclaslarında təsdiq edilib. Nazir müavini vurğulayıb ki, görülmüş tədbirlər nəticəsində həmin nizamnamələrin Hüquqi Aktların dövlət reyestrinə daxil edilməsi təmin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
72
3
olaylar.az

4Источники