AZ

Bakının bəzi ərazilərində işıq olmayacaq

Bu gün paytaxtın Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisindəki 10 kV-luq iki elektrik xəttində əsaslı təmir və yenidənqurma işləri həyata keçiriləcək.

Bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Qeyd olunub ki, bununla əlaqədar saat 10:00-dan 14:30-dək Pirşağı bağları yaşayış massivi və Ləhic bağları adlanan ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

“Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, – məlumatda bildirilib.

Seçilən
14
49
editor.az

10Mənbələr