AZ

Pirşağı və Ləhic bağlarında işıq olmayacaq » AzadMedia.az


Bu gün Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 10 kV-luq 580 N-1 və N-2 elektrik xətlərində əsaslı təmir və yenidənqurma işləri həyata keçiriləcək.

Bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Qeyd olunub ki, bununla əlaqədar saat 10:00-dan 14:30-dək Pirşağı bağları yaşayış massivi və Ləhic bağları adlanan ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda bildirilib.
Seçilən
25
49
azadmedia.az

10Mənbələr