Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.
Manset.az Unikal-a istinadən xəbər verir ki, yanğın hadisəsi Xətai rayonu, Babək prospekti 10 ünvanında yerləşən binada qeydə alınıb.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
FHN-dən sorğumuza cavab olaraq bildirilib ki, yanğın məhdudlaşdırılıb.
“Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir”,- deyə əlavə edilib.