RU

Bakıda çoxmərtəbəli bina yanır

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Manset.az Unikal-a istinadən xəbər verir ki, yanğın hadisəsi Xətai rayonu, Babək prospekti 10 ünvanında yerləşən binada qeydə alınıb.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-dən sorğumuza cavab olaraq bildirilib ki, yanğın məhdudlaşdırılıb.

“Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir”,- deyə əlavə edilib.

Избранный
40
manset.az

1Источники