Azərbaycan yığmasının baş məşqçisi Ayxan Abbasov püşkatmanı dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, o, AFFA-nın mətbuat xidmətinə açıqlama verib:
"Bütün potensial rəqiblərimizlə tanış olmuşduq, oyunlarını izləmişdik. Əsas məqsədimiz C Liqasına qayıtmaqdır. Qarşıdan yoldaşlıq görüşləri gəlir. Həmin oyunlarda futbolçuları izləmək, heyəti müəyyənləşdirmək imkanımız olacaq. C Liqasına qayıdacağımıza inanıram".
Qeyd edək ki, Azərbaycan yığması D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq. Millətlər Liqasında yeni mövsümə 2026-cı ilin sentyabrında start veriləcək.