AZ

Ayxan Abbasov: “Məqsəd C Liqasına qayıtmaqdır”

"Azərbaycan yığmasının əsas məqsədi UEFA Millətlər Liqasında C Liqasına qayıtmaqdır".

Apasport.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov deyib.

O, AFFA-nın mətbuat xidmətinə açıqlama verib.

Mütəxəssis UEFA Millətlər Liqasının 2026/2027 mövsümünün püşkünü dəyərləndirib:

"Rəqiblərimiz bilindi, komandamız üçün xeyirli olsun. Bütün potensial rəqiblərimizlə tanış olmuşduq, oyunlarını izləmişdik. Əlbəttə ki, əsas məqsədimiz C Liqasına qayıtmaqdır. Qarşıdan yoldaşlıq görüşləri gəlir. Həmin oyunlarda futbolçuları izləmək, heyəti müəyyənləşdirmək imkanımız olacaq. C Liqasına qayıdacağımıza inanıram".

Qeyd edək ki, Azərbaycan yığması D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq. Millətlər Liqasında yeni mövsümə 2026-cı ilin sentyabrında start veriləcək.

Ruslan Voronsov mükafatlandırılıb

"Səbail"in yetirməsi "Xankəndi"də

Millimiz beynəlxalq turnirdə iştirak edəcək - RUSİYA İLƏ QARŞILAŞACAQ

“Sabah” komandalarında 6 qələbə

"Qarabağ" - "Nyukasl" oyununun biletləri bu gün satışa çıxarılacaq

Seçilən
8
18
apasport.az

10Mənbələr